Tanınmış müğənni səhnəyə çıxan fanatını itələdi - VİDEO

11 İyul 2022 16:00

Rusiyada Miassdakı konsertdə musiqiçi Leonid Aqutin səhnəyə çıxan pərəstişkarını kobud şəkildə itələyib.

Milli.Az bildirir ki, hadisənin videosunu Starhit yayıb.

"Ada" mahnısının ifası zamanı bir gənc səhnəyə sənətçinin yanına çıxıb. Kişi Aqutinin yanına qaçıb, müğənni isə onu itələyib. Bundan sonra pərəstişkar kütlənin arasına qayıdıb, mühafizəçi ona yaxınlaşaraq kişini müşayiət edib.

"Əhval-ruhiyyəni bir az korladım", - bundan sonra Agutin mikrofona deyib.

İrfan Vəliyev
Milli.Az