Gəzintiyə çıxan turist qayığında həyəcanlı anlar - VİDEO

11 İyul 2022 12:45

Antalyanın Alanya rayonunda qayıqla gəzintiyə çıxan turistlər 3 delfinlə qarşılaşıb. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, qəfil peyda olan delfinlər qayığa yaxınlaşaraq "yarışmağa" başlayıblar. 

Qayığın yanında bir neçə dəqiqə üzən, hətta müxtəlif hərəkətlər edən delfinlər turistlər tərəfindən alqışlarla qarşılanıb.

Milli.Az