Qərb ölkələri Kiyevin tərəfində Ukrayna böhranına hərbi müdaxilə imkanlarını nəzərdən keçirməlidir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri finlandiyalı tarixçi Yussi Yalonen deyib.
"Hələlik Qərb ölkələrinin Ukraynanı silahla təmin etmək və hərbi müdaxilədən qaçmaq strategiyası iflasa uğrayıb", - ekspert bildirib.
Onun sözlərinə görə, Ukrayna Qərbin belə iştirakı ilə Rusiyanı məğlub edə bilməyəcək.
Yalonen qeyd edib ki, Rusiya ordusu irəliləməkdə və qarşıya qoyulan vəzifələri yerinə yetirməkdə davam edir:
"Gec, yaxud tez, Avropa Birliyi, NATO ölkələri münaqişəyə birbaşa müdaxilə imkanlarını nəzərdən keçirməlidir".
Bununla yanaşı, o, Rusiyanın taktiki nüvə silahını istifadə edəcəyini istisna etməyib.
Milli.Az