Gürcüstanda 4,8 maqnitudalı zəlzələ oldu

11 İyul 2022 09:22

Gürcüstanda 4,8 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonu yaxınlığında, Sameba kəndində olub.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub. Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur. 

Milli.Az