Rusiya ordusu Xarkovda çoxmərtəbəli yaşayış binasını raketlə vurub

11 İyul 2022 08:17

Rusiya ordusu səhər saatlarında Xarkovu atəşə tutub.

Milli.Az APA-ya istinadən bildirir ki, atılan raketlərdən biri şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli yaşayış binasına düşüb.

Qeyd olunur ki, Xarkovda üç partlayış səsi eşidilib.

Məlumata görə, raket zərbəsi nəticəsində altımərtəbəli yaşayış binası qismən dağılıb.

Xilasedicilər bir nəfər yaşlı qadını xilas ediblər.

Hazırda axtarışlar davam edir.

Milli.Az