Şri-Lanka Prezidenti Baş nazirə müraciət edib

11 İyul 2022 08:12

Şri-Lanka Prezidenti Qotabaya Racapaksa Baş nazir Ranil Vikramasinqeni istefaya getməyə hazır olması barədə rəsmən məlumatlandırıb.

Milli.Az "report"a istinadən bildirir ki, iyulun 9-da dövlət başçısının iqamətgahının ələ keçirildiyi və 100-dən çox insanın yaralandığı iğtişaşlar fonunda Q.Racapaksa iyulun 13-də vəzifəsini tərk edəcəyini bildirib. Onun harada olduğu hələlik məlum deyil.

Milli.Az