Göyərtəsində 30-a yaxın sərnişini olan gəmi batdı

11 İyul 2022 07:32

Tatarıstanda Kazan ətrafındakı Arakçino kəndi yaxınlığında gəzinti gəmisi batıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Volqa çayında üzən gəmidə 30-a yaxın sərnişinin olduğu bildirilib.

Onların hamısı qayıqlar vasitəsilə vaxtında xilas edilib.

Müstəntiqlər hadisənin səbəblərini araşdırır.

Milli.Az