Onun intiqamı necə olacaq? Leyla bütün cəsarətini toplayaraq, Əli Rza bəyin qarşısına çıxır. Amma Əli Rza bəyin Leylanın vurduğu yaraları unudub, ona qucaq açması mümkün deyil. Atasının onu bağışlamayacağını bilən Leyla üçün Əli Rza bəyin səssizliyi belə bir təsəllidir. Hayriyyə xanımın Əli Rza bəyi yumşatlmaq səyləri isə səssizliyin qısa müddlətdə pozulmasına səbəb olur.
Leylanın valideynləri ilə görüşməsi xəbərini eşidən Nejlanın əsəbiləşməsi iki bacı arasında heç vaxt aradan qalxmayacaq qarşıdurmanın nümayişi olur. Nejla Leylanın sahib olduğu daha bir şeyi istəyir və bacılar arasındakı uzaqlıq get-gedə böyüyür.