Ərdoğan Lapidlə danışıb

10 İyul 2022 23:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Yair Lapid arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, İsrail lideri prezident Ərdoğana zəng edərək Qurban bayramını təbrik edib.

Danışıq zamanı Türkiyə-İsrail əlaqələri və regional məsələlər də müzakirə edilib.

Prezident Ərdoğan Yair Lapidi Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Milli.Az