Güclü külək qırıcını dənizə salıb

10 İyul 2022 20:32

Aralıq dənizində güclü külək "USS Harry S. Truman" aviadaşıyıcısının göyərtəsindəki "F-18 Super Hornet" qırıcısını dənizə salıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İyulun 8-də "F-18" qırıcısı Aralıq dənizində gözlənilmədən kəskin hava şəraiti səbəbindən göyərtədən uçurulub", - Hərbi Dəniz Qüvvələri bildirib.

Məlumata görə, insident nəticəsində 1 hərbçi yaralanıb, aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarə tapşırıqlara hazırlıq vəziyyətindədir. Qurumdan bildirilib ki, hadisənin səbəbi aydınlaşdırılır.

Milli.Az