Mərakeş kralı VI Məhəmməd Qurban bayramı münasibətilə 979 nəfərə amnistiya elan edib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 834 məhbus, o cümlədən məhkəmələri davam edən 134 nəfər əfv olunub.
Bundan əlavə, "terror fəaliyyətində" iştiraka görə həbsdə olan 11 şəxs də azadlığa buraxılıb.
Milli.Az