"Şri-Lankada etirazlar Rusiyaya görə baş verdi"

10 İyul 2022 19:47

Rusiyanın Ukrayna taxılının ixracına məhdudiyyət qoyması mümkündür ki, Şri-Lankada iğtişaşların baş verməsinə səbəb olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, taxıl qıtlığı dünyada digər böhranların yaranmasına gətirib çıxara bilər.

ABŞ rəsmisi yenidən Rusiyanı Ukrayna taxılının ixracına icazə verməyə çağırıb.

Milli.Az