Bakıda Ailə, Sevgi və Sədaqət Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTO

10 İyul 2022 19:27

Bakıda Rus Evində Ailə, Sevgi və Sədaqət Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbir çərçivəsində bayram konserti keçirilib və 25 ildən artıq nikahda olan 12 cütlük "Sevgi və sədaqətə görə" medalları ilə təltif edilib.

Tədbir Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus Evinin, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə təşkil olunub.

Tədbirin musiqi proqramını Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina hazırlayıb. O, Vəfa Məmmədova ilə birgə tədbirin aparıcısı kimi də çıxış edilib.

Konsert proqramında Azərbaycan Respublikasının Əməkdar Artisti, Moskva Helikon Operasının solisti Elnarə Məmmədova, beynəlxalq müsabiqələr laureatı Nəriman Əliyev (Sankt-Peterburq), Azərbaycanın əməkdar artisti Anton Ferştandt, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Fərhad Ələkbərov, BMA-nın konsertmeysteri Dilarə Kərimova, BMA-nın baş müəllimi Alyona İnyakina, BMA-nın Məktəb-studiyasının məzunu Teymur Kazımov, BMA-nın tələbəsi Aysel Hüseynzadə, beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova çıxış ediblər.

Onların ifasında Sergey Raxmaninovun "Здесь хорошо", Vladimir Vlasovun "Фонтану Бахчисарайского дворца" Pyotr Çaykovskinin "Я люблю Вас" Lenskinin ariozosu, Cuzeppe Verdinin Raymond Paulsun "Миллион алых роз", Gennadiy Qladkovun "Trubadurun Serenadası", Nino Rota "A Time for us", Tixon Xrennikovun "Что так сердце растревожено", Rodolfo Falvo "Dicintello vuje", Tofiq Quliyevin "Sevgilim", Frederic Lounun. "İstədiyim rəqs", Bert Kempfertin "Strangers in the night", Eduard Kolmanovskinin "Я люблю тебя, жизнь", Müslüm Maqomayevin "Mavi əbədiyyət" və "Azərbaycan" kompozisiyaları səsləndirilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Milli.Az