Müharibədə dönüş üçün bunlar lazımdır - Podolyak

11 İyul 2022 05:14

Rusiya Ukraynanın mümkün qədər çox ərazisini ələ keçirmək cəhdlərini dayandırmır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukray Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Müharibədə dönüş istəyirik? Bunun üçün daha çox silah olmalıdır. HİMARS-lar yüksək dəqiqliklə düşmənin arxa cəbhəsi və logistikasını məhv etməyə imkan verir. Ağır artilleriya bütün cəbhə xətti boyunca düşmənə paritet cavab verir. Zirehli texnika isə həmlənin əsasıdır", - Podolyak bildirib.

Milli.Az