Sabiq fahişə "McDonalds"ı məhkəməyə verdi

30 Mart 2012 15:33
ABŞ-ın Las-Veqas şəhərindəki "Las Vegas Chicken Ranch brothel" bordelinin sabiq fahişəsi Şelli Linn belə deyir.

Milli.Az "The Huffington Post"a istinadən bildirir ki, Linn köhnə iş yeri "McDonalds" korporasiyasını məhkəməyə verib.
20 il əvvələ qədər bu şirkətin fastfud restoranlarından birində kassir işləyən Linnin sözlərinə görə, sonradan pis yola düşməsi və fahişə olmasında "McDonalds"ın rolu böyükdür.

"Oradakı rəhbərlər sanki quldurdular və daim qadın işçilərə sataşırdılar. Üstəlik, maaş çox az olduğundan sürəkli mənəvi və psixoloji problemlər məngənəsində idim. Məhz bu səbəbdən fahişəliyə başladım", - Linn deyir.

ABŞ-dakı "McDonalds" fastfud restoranlarında işçilərə saatda 7,64 dollar maaş verilirsə, "Burger King"də bu rəqəm 8 dollar, "Taco Bell"də - 7,83 dollar, "Wendy"də isə 7,66 dollardır.

"Consumer Reports" bildirir ki, Linn sabiq ərinin "İvernia" şirkətini də məhkəməyə verib.

Milli.Az