Ukraynada Rusiyaya məxsus silah anbarları məhv edilib

10 İyul 2022 10:22

Ukrayna silahlı qüvvələri ölkənin cənubunda Rusiyaya məxsus 4 silah anbarını məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Pivden" operativ komandanlığı məlumat yayıb.

Bununla yanaşı Rusiya ordusunun 58 hərbi qulluqçusu, 2 haubitsa, 3 zirehli texnika, 12 avtomobil sıradan çıxarılıb.

Milli.Az