Şabranda naməlum kişi meyiti tapılıb

9 İyul 2022 21:54

Şabran rayonunda naməlum kişi meyiti tapılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlarında olan kişinin meyiti Taxtakörpü su anbarı ərazisində aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az