Hidayət qızıl, Rüstəm bürünc medal qazandı

9 İyul 2022 21:37

Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

73 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşviliyə qızıl xal bölümündə qalib gəlib. Təmsilçimiz bundan əvvəl ardıcıl olaraq, ABŞ təmsilçisi Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı Maqdiel Estradanı məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanmışdı.

Azərbaycan cüdoçusu Rüstəm Orucov isə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradaya qalib gəlib.

Milli.Az