İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürüb.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İsfahan əyaləti məhkəməsinin başçısı höccətülislam Əsədullah Cəfəri bildirib.
Onun sözlərinə görə, polis zabitləri bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar:
"Meyitlərin fiziki vəziyyəti hadisənin bir neçə gün əvvəl olduğunu deməyə əsas verir".
Meyitlər məhkəmə-tibbi ekspertizada müayinə olunur. Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az