Qazaxda Kürdə batan 16 yaşlı gəncin meyiti tapıldı

9 İyul 2022 13:22

Qazaxda bir neçə gün əvvəl Kürdə batan gənc oğlanın meyiti tapılıb.

Milli.Az xəbər verir ki, Yuxarı Salahlı kənd sakini 2006-cı il təvəllüdlü Quliyev Eldar Camaləddin oğlunun meyiti batığı yerin yaxınlığında tapılıb.

Qeyd edək ki, boğulma hadisəsi iyulun 5-də baş verib.

Milli.Az