Ayan: “TikTok”da pul qazanmaq mənlik deyil - VİDEO

9 İyul 2022 16:52

""TikTok"u dağıdıram, xəbəriniz var? Son iki aydır kı, oradayam və paylaşdığım videolara 1,5-2 milyon arasında baxış sayı var".  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu "10-da görüşək" səhər şousunda deyib.  

Sənətçi bildirib ki, həmkarları kimi o, heç vaxt "TikTok"da canlı açıb, yarışmalarda iştirak etməyəcək.  

"TikTok"da pul qazanmaq mənlik deyil. Niyə orada pul qazanmalıyam ki? İşim-gücüm var. Sadəcə, orada paylaşımlar edərək əhvalımı düzəldirəm. Heç zaman "TikTok"da canlı açıb, yarışmalara, oyunlara qoşulmaram".  

O daha sonra bildirib ki, heç vaxt özünü milyoner, varlı insan kimi tanıtmağa çalışmayıb:

"İnsanın həyatında pul önəmlidir. Ətrafımda olan insanlar isə pul dostları deyil". 

Milli.Az