Daş bazarında meyit tapıldı

9 İyul 2022 11:00

Qaxda Daş bazarında kişi meyiti tapılıb.

Milli.az xəbər verir ki, qafqazinfo- nun məlumatına görə, hadisə ötən gecə Qax şəhərində baş verib.

Araşdırma zamanı meyitin 1966-cı il təvəllüdlü, Zəngilan rayon sakini Fərəcli Vüqar Ələsgər oğluna məxsus olması məlum olub. Meyit müayinə ücün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qax rayon şöbəsinə aparılıb.

Fakla bağlı araşdırma aparılır.

Milli.Az