Müğənni-aktyor rusiyalı modellə sevgilidir - FOTOlar

10 İyul 2022 02:31

Müğənni-aktyor Cared Leto yeni münasibətə başlayıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki,sənətçi rusiyalı model Darya Korçinayla eşq yaşayır. Cütlük İtaliyada paparatsilərin hədəfinə tuş gəlib.

50 yaşlı Letonun özündən 2 dəfə kiçik sevgilisiylə nə vaxtdan münasibətdə olduğu isə hələlik bəlli deyil.

Qeyd edək ki, Darya "Vogue", "Elle", "Harper's Bazaar" və "L'Officiel" kimi məşhur jurnalların üz qabığına çəkilib.

Milli.Az