"Deyiləndə ki, qızınız sizə oxşayır, qəribə gəlirdi" - Flora Kərimova qızı ilə nəvəsini paylaşdı - VİDEO

9 İyul 2022 10:00

Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimovanın qızı Zümrüd ana olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi Londonda yaşayan qızının və öz görüntülərini sosial şəbəkədə paylaşaraq bənzədiklərini yazıb:

"Balamın gözündə ana yorğunluğunun naxışı var! İlər öncə mənə deyiləndə ki, qızınız sizə oxşayır, qəribə gəlirdi. İndi baxıram qızıma, mən ana olduğum yaşdadır. Qoynunda körpəsi var! Yuxusuz gözlərindən öpürəm qızım!". 

Qeyd edək ki, bu, F.Kərimovanın üçüncü nəvəsidir. Sənətçinin qızı ikinci dəfə ailə qurub. F.Kərimovanın oğlu Oktay iki oğlu David və Faiqlə birgə Almaniyada yaşayır.

Milli.Az