Türkiyədə polis suvarma kanalına düşən qadının həyatını xilas etdi - VİDEO

9 İyul 2022 14:37

Türkiyənin Şanlıurfa şəhərində suvarma kanalına düşən qadının köməyinə polis əməkdaşı gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə anbaan suvarma kanalının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qadın su kanalından çıxarılaraq yaxınlıqdakı xəstəxanaya aparılıb. Həkimlər onun həyatına təhlükənin olmadığını bildiriblər.

Milli.Az