Türkiyə sakini evləndikdən iki gün sonra arvadını öldürdü

9 İyul 2022 09:22

Konyada 52 yaşlı Murat Dəmir iki gün əvvəl evləndiyi Keziban Dəmiri evdə bıçaqlayıb.

Hadisə məişət münaqişəsi zəminində baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis və təcili yardım dəstələri insidentin yaşandığı əraziyə gəlsələr də xanımın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı bıçaq yarasından vəfat edib.

Qeyd edək ki, bundan öncə kişinin bir, qadının isə iki dəfə ailəli olduğu bildirilib.

Cinayətlə bağlı polis araşdırma aparır.

Milli.Az