ABŞ dəb evi "Tom Ford" brendin mümkün satış potensialını araşdırmaq üçün "Goldman Sachs" investisiya bankına müraciət edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəb markasının maliyyəçilərlə əməkdaşlığı hələ rəsmi olaraq təsdiqlənməyib. Ekspertlərin fikrincə, brendin bir neçə milyard dollar dəyərində qiymətləndiriləcəyi gözlənilir.
Qeyd edək ki, "Tom Ford" brendi 2005-ci ildə yaradılıb və əvvəlcə kişi geyimləri üzrə ixtisaslaşıb. Lakin indi marka eynək, kosmetika, ətir, həmçinin saatlar və kiçik dəri məmulatları kimi aksessuarlar da satır.
Milli.Az