TV-lərdə tərbiyəsizlər tərbiyədən danışır – Misir Mərdənov

9 İyul 2022 08:44

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib.

O, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən televiziyalarda ailəsi olmayanın ailədən, tərbiyəsi olmayanın isə tərbiyədən danışdığını deyib.

"Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır", - M.Mərdanov bildirib.

Milli.Az