“Bayraktar” Litvadan Ukraynaya təhvil verilib

9 İyul 2022 09:00

Türkiyə istehsalı olan "Bayraktar" pilotsuz uçuş aparatı Litvadan Ukraynaya təhvil verilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter" də bildirib.

Yermak Litva xalqına və Türkiyənin pilotsuz təyyarələr istehsalçısı olan "Baykar Makina" şirkətinə minnətdarlığını bildirib.

Milli.Az