Hindistanda leysan yağışı: 15 ölü

9 İyul 2022 08:53

Hindistanda leysan yağış nəticəsində 15 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Amarnath mağarası ərazisində baş verib.

Daha 40 nəfərin itkin düşdüyü bildirilir.

Hind-Tibet sərhəd polisinin nümayəndəsinin məlumatına görə, ölənlərin hamısı mağaranı ziyarətə gələnlər olub.

Məlumata görə, hava şəraiti sabitləşən kimi ziyarət gerçəkləşəcək.

Milli.Az