Bu gündən 4 günlük bayram tətili başlayır

9 İyul 2022 00:02

Bu gündən Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.

Milli.Az bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Növbəti iş günü iyulun 13-dədir.

Milli.Az