18 yaşlı gənc boğulub

8 İyul 2022 21:48

Quba rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Paşaoba kəndi ərazisində qeydə alınıb.

18 yaşlı kənd sakini Hicran Dadaşov Samur-Abşeron kanalında boğulub.

Onun meyiti sudan çıxarılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az