Sulutəpədə bıçaqlanma

10 May 2010 16:42
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Zərdab sakini 34 yaşlı Məqami Mansurov bıçaq yarası ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxs isə hadisə yerində qaçıb.
Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Anar Məmmədov
Milli.Az