10 tonluq dinozavrın qalıqları tapıldı

9 İyul 2022 17:15

Argentinalı paleontoloqlar böyük başa və kiçik ətraflara malik dinozavr qalıqları tapdıqlarını bildiriblər.

Milli.Az Lent.az-a istinadən bildirir ki, "Meraxes gigas" adlanan qədim canlı 4 illik qazıntı nəticəsində ortaya çıxıb. İlk olaraq kəllə sümüyü aşkarlanıb.

Uzunluğa 10 metr, kütləsi 4 ton olan qədim canlının kəlləsinin uzunluğu 1,2 metrdən çox olub. Lakin ətrafların uzunluğu 60 santimetri keçməyib. Tədqiqatçıların fikrincə, kiçik ətraflar ayağa qalxmaq və cəld hərəkət üçün vacibdir. Bu tip ətraf heyvanın qidalanmasında ciddi rol oynamır.

Alimlər hesab edirlər ki, "Meraxes gigas" növündən olan dinozavrlar Üst Təbaşir dövründə - təxminən 90-100 milyon il əvvəl yaşayıb. 

Milli.Az