Türkiyə millisinin üzvü "Yuventus"a keçir

8 İyul 2022 18:07

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirəcək.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi Türkiyə U-17 millisinin üzvü Kənan Yıldızı transfer edəcək. Bu barədə jurnalist Fabrizio Romano "twitter" hesabında məlumat yayıb. Onun son klubu "Bavariya" olub.

Qeyd edək ki, Kənanla Türkiyədən "Fənərbağça", İspaniyadan "Barselona" maraqlanır.

Milli.Az