Moskvada sakinlərə xəbərdarlıq - Çölə çıxmayın! - VİDEO

8 İyul 2022 16:52

Bu gün günortadan sonra Moskvanın bir sıra rayonlarında əsl qasırğa hökm sürüb.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, göy gurultusu ilə müşayət olunan leysan zamanı güclü külək ağacları qırıb.

Bir çox rayonlarda yolları su basıb.

Hava şəraiti metro xətlərində nasazlığa səbəb olub. Belə ki, metro xətlərinin yerüstü hissəsinə ağacların aşması səbəbindən qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Moskvalılara evdən çıxmamaq tövsiyyə olunub.

Zərərçəkənər barədə məlumat dəqiqləşdirilir.

Milli.Az