Mərkəzi Bankın rəhbəri: “Azərbaycan bankları yüksək likvidliyə malikdirlər”

10 May 2010 16:12
Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov belə hesab edir: "Bu gün banklar əsasən malik olduqları vəsaitlərin daha effektiv və təhlükəsiz bölüşdürülməsi ilə məşğuldurlar. Azərbaycandakı banklar yüksək likvidlik səbəbindən xarici banklarda vəsait axtarmırlar".

Mərkəzi Bankın rəhbəri bankların kredit portfelinin artım tendensiyasını, eləcə də vaxtı keçmiş kreditlərin məqbul səviyyəsini qeyd edib: "Əmanətlərin həcmi yüksək səviyyədədir, yüksək dinamika müşayiət olunur, faiz dərəcələri aşağı düşür. Bütün bunların üstünlüyü ondan ibarətdir ki, real sektor, eləcə də əhali daha çox əlverişli kreditlər ala biləcəklər".

/Trend/