09:26
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abe vəfat edib.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziyası məlumat yayıb.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndəsinin sözlərinə görə, S.Abe Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib.
--------
08:03
Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Nara şəhərində seçki kampaniyası əsnasında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
Trend-in məlumatına görə, bu barədə bu barədə "NHK" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, nəticədə siyasətçi döş qəfəsindən yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, ən azı iki atəş açılıb. Keçmiş baş nazirin özü qanaxma ilə xəstəxanaya aparılıb.
Telekanal qeyd edib ki, hücum edən şəxs saxlanılıb.
APA-nın xəbərinə görə, Yaponiya hökuməti Şinzo Abeyə sui-qəsdlə bağlı böhran qərargahı yaradıb.
Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdaraq qərargaha rəhbərlik edir.
----------
07:26
Yaponiyanın Nara şəhərində ölkənin sabiq baş naziri Sindzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.
Milli.Az "report"a istinadən bildirir ki, bu barədə NHK agentliyi məlumat yayıb.
Bildirilib ki, Sindzo Abe xəsarət alıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.
Milli.Az