Vilayət Eyvazov polkovnik rəisi işdən çıxardı - Vəzifəsini kiçiltdi

7 İyul 2022 14:15

Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi baş tutub.

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Səbail Rayon Polis İdarəsinin Təhqiqt şöbəsinin rəisi, polis polkovnik-leytenantı Canəli Nuriyev tutduğu vəzifəsindən azad olunaraq Suraxanı Rayon Polis İdarəsində müstəntiq vəzifəsinə təyin edilib.

Qeyd edək ki, hazırda Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımovdur.

Milli.Az