Bakıda dənizdə 7 yaşlı qız nənəsinin gözləri qarşısında boğulub

7 İyul 2022 12:15

Bakıda məktəb şagirdi dənizdə boğulub.

Milli.Az bildirir ki, hadisə Pirşağı qəsəbəsində yeləşən çimərlikdə qeydə alınıb.

Zəngilan şəhəri, 1 saylı orta məktəbin ikinci sinif şagirdi 7 yaşlı Rəbiyə Məmmədli nənəsi ilə birgə çimərlikdə olarkən dənizdə batıb. Hadisə onun nənəsinin gözləri qarşısında baş verib.

Azyaşlının meyiti çıxarılaraq yaxınlarına təhvil verilib.

Milli.Az