HİMARS zərbəsi: ruslar bazaları kütləvi tərk edir

7 İyul 2022 16:52

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində işğalçıların hərbi obyektlərinə HİMARS raketlərilə hücumdan sonra ruslar təşvişə düşüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi dairəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, ruslar silah və hərbi texnika anbarlarını, eləcə də bazaları kütləvi şəkildə tərk edirlər.

Milli.Az