Avropada təbii qazın qiyməti 1900 dollara çatır

7 İyul 2022 12:30

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 900 dollara çatır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 1 890 dollar ətrafında alınıb-satılır.

Gün ərzində qiymətlər 5 faiz artıb.

Ötən həftənin sonunda Avropada təbii qazın min kubmetri 1 600 dolları ötmüşdü.

Xatırladaq ki, martın əvvlində Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.

Milli.Az