Fransada iyirmiyədək islamçı həbs olundu

30 Mart 2012 13:12
Milli.Az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, əməliyyat bir neçə şəhərdə, həmçinin Tuluza və Nantda aparılıb. Şübhəli şəxslərin cihad ideologiyasını təbliğ edən "Forsane Alizza" qruplaşmasının üzvləri olduğu güman edilir.
Qəzet onu da bildirir ki, həbs olunan islamçıların bir neçə gün əvvəl Tuluzada yəhudi məktəbində qətliam törətmiş Məhəmməd Mera ilə heç bir əlaqəsi yoxdur.

Milli.Az