Kreml: ABŞ diqqətli davransın, Alyaskanı geri qaytararıq...

8 İyul 2022 03:04

Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ABŞ-ı Alyaskanın ələ keçirilməsi ilə hədələyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiya KİV-i məlumat yayıb.

"Amerika heç vaxt unutmamalıdır ki, onların ərazisinin bir hissəsi olan Alyaska var. Onlar Rusiyanın xaricdəki resurslarını idarə etməkdən öncə düşünsünlər ki, bizim onlardan qaytarası Alyaskamız var ", - deyə Rusiya Dövlət Dumasının spikeri V.Volodin bildirib.

Milli.Az