Xaçmazda 37 yaşlı kişini elektrik öldürüb

7 İyul 2022 08:29

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pirquluoba kəndində qeydə alınıb.

Kənd sakini,1985-ci il təvəllüdlü Bayev Şahsəddin Güləddin oğlu öz həyətində elektrik xətti dirəyində işləyərkən cərayan vurub.

O hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az