Rusiyanın raket zərbəsi: bir ailə məhv oldu

7 İyul 2022 08:27

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Toretsk şəhərinə raket zərbəsi endirməsi nəticəsində bir ailənin üç üzvü həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Donetsk hərbi-mülki administrasiyası məlumat yayıb.

Bildirilib ki, raket yaşayış evinə düşüb və nəticədə yaşlı qadın, qızı və nəvəsi həlak olub.

Milli.Az