"Baku Fires" İtaliya klubu ilə dueldə möcüzə axtarışında

30 Mart 2012 14:05
Bu gün - martın 30-da Azərbaycanın "Baku Fires" komandası Ümumdünya Boks Seriyasının (WSB) yarımfinalının cavab oyununda İtaliyanın "Dolce & Gabbana Milano Thunder" kollektivini qəbul edəcək. Azerisport.az xəbər verir ki, artıq cavab görüşündə rinqə çıxacaq heyətlər müəyyənləşib.
 
Belə ki, Məhəmməd Qurbanov (54 kq, Azərbaycan) Vyaçeslav Qoyanla (İtaliya), Semyon Qrivaçev (61 kq) Xuan Xavyer Karasko Qerrero ilə, Xeybulla Mürsəlov (73 kq) Sergey Derevyançenko ilə, Teymur Məmmədov (85 kq) Rafael Duarta Lima ilə, Məhəmmədrəsul Məcidov (91 kq) Bencey Simmermannla qarşılaşacaq.
 
Xatırladaq ki, ilk oyun İtaliyada 5:0 hesabı ilə "Dolce & Gabbana Milano Thunder"in qələbəsi ilə başa çatdığı üçün boksçularımız paytaxtımızda eyni hesabla rəqiblərinə qalib gəlməlidirlər ki, əlavə döyüş keçirilsin. Bu qarşılaşma İsa İsayev (Azərbaycan) və Mikloş Varqa (İtaliya) arasında olacaq.

Milli.Az