Şəhidlər xiyabanında intihar edən sabiq polisin FOTOsu

7 İyul 2022 08:00

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Fuad Ağayev səhhətindəki problemlərlə əlaqədar bir müddət öncə öz istəyi ilə polis orqanlarından xaric edilib.

Milli.Az