Türkmənistan Azərbaycanla məsləhətləşmələri davam etdirməyə hazırdır

6 İyul 2022 23:29

6 iyul 2022-ci il tarixində Türkmənistan Xarici İşlər Nazirliyinin binasında bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə Aşqabada işgüzar səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə Trend Türkmənistan XİN-ə istinadən məlumat verir.

Görüş zamanı tərəflər iqtisadi tərəfdaşlığın gedişatını müzakirə edib, onun ardıcıl və sistemli şəkildə inkişaf etdiyini qeyd ediblər. Enerji sektorunda ikitərəfli əməkdaşlığın qurulmasının, enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb.

Türkmənistan-Azərbaycan enerji əməkdaşlığında əlamətdar hadisə 2021-ci ilin yanvarında "Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağımım karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında" Anlaşma Memorandumunun imzalanması olub. Bununla əlaqədar Türkmənistan tərəfi əməkdaşlığın bir neçə enerji sahəsi üzrə ikitərəfli məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bildirib.

Danışıqlar zamanı mövcud potensial nəzərə alınmaqla əməkdaşlığı davam etdirməyə qarşılıqlı hazırlıq bildirilib.

Milli.Az