Belarus ordusu mövqelərini gücləndirir - Ukrayna

6 İyul 2022 23:24

Belarusda hərbçilər Brest və Qomel vilayətlərində sərhədin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

"Hazırda mövqelərin mühəndis avadanlıqları ilə təchiz edilməsi tədbirləri davam etdirilir, idarəetmə məntəqələri yoxlanılır, elektron kəşfiyyat aparılır", - Baş Qərargahın açıqlamasında deyilib.

Milli.Az